SözLab haqqında
Bu səhifədə SözLab haqqında əsas məlumatlar toplanıb. SözLab Azərbaycan ədəbi dilini öyrənmək və inkişaf etdirmək üçün yaradılmış pulsuz platformadır. Burada ədəbi sözlərin mənasını öyrənə, oyunlar oynaya, hekayələr yaza və digər istifadəçilərlə yarışa bilərsiniz.
Məqsədimiz
Azərbaycan dilinin zənginliyini qorumaq, ədəbi sözləri gənc nəslə tanıtmaq və dil öyrənməyi əyləncəli hala gətirmək. Platforma şagirdlərin dil bacarıqlarının inkişafına dəstək olmaqla yanaşı, öyrənməyə marağı və ana dilinə sevgini artırmağı hədəfləyir.
Platformada nələr var?
- 2796 söz və mənası — ədəbi lüğət və əsas söz ehtiyatı; sözlər hərflər (məsələn, A, B, Ə) və mövzular (heyvanlar, rənglər, peşələr) üzrə qruplaşdırılıb.
- 21 oyun — klassik söz oyunları, Canlı Duel, İmtahan Simulyasiyası, Bilik Yarışı, Sinif Boss'u, Canlı Sinif Yarışması.
- Əlifba — 32 hərfin səsləndirilməsi və nümunə sözlər.
- XP, səviyyə, gün seriyası və nişanlar; şəxsi liderbord və Sinif Liqası.
- Dərsliklər — 1-11-ci siniflər üçün rəsmi dərsliklər (e-derslik.edu.az) və fənn testləri.
- Müəllim paneli (sinfə tapşırıq vermək və izləmək) və direktor paneli (məktəb hesabatı).
- AI köməkçi və sayt daxilində canlı dəstək söhbəti.
Layihə haqqında
SözLab 205 nömrəli tam orta məktəb üçün xüsusi olaraq hazırlanıb. Layihəni məktəbin 10B sinif şagirdləri müəllimlərin elmi-metodiki rəhbərliyi ilə yaradıblar; sinif yoldaşları platformanı sınaqdan keçirib öz rəylərini bildiriblər.
Əsas məqsəd Azərbaycan ədəbi dilinin qorunması və təbliği, şagirdlərə ana dilimizin zənginliyini yaxından tanıtmaq və dil öyrənmə prosesini müasir, maraqlı və interaktiv etməkdir.
Tez-tez verilən suallar
SözLab nədir?
SözLab Azərbaycan dilini oyunlarla öyrədən pulsuz onlayn platformadır: 2796 söz və mənası, əlifba məşqləri, 21 oyun, günlük tapşırıqlar, canlı sinif yarışları və AI köməkçi.
SözLab pulsuzdur?
Bəli, SözLab tam pulsuzdur. Qeydiyyatdan keçib bütün oyunlara və lüğətə dərhal daxil ola bilərsiniz.
SözLab kimlər üçündür?
1-ci sinifdən 11-ci sinfə qədər şagirdlər, müəllimlər və Azərbaycan dilinin söz ehtiyatını inkişaf etdirmək istəyən hər kəs üçündür.
SözLab-da hansı oyunlar var?
21 oyun var: Mənası Nədir?, Boşluğu Doldur, Sinonim və Antonim Tap, Söz Zənciri, Hərf Şorbası, İmtahan Simulyasiyası, Canlı Duel, Canlı Sinif Yarışması və başqaları.
Telefonda istifadə etmək olar?
Bəli. SözLab telefonda tətbiq kimi işləyir: brauzer menyusundan «Ana ekrana əlavə et» seçin, sayt oflayn da açılsın.
Əlaqə
E-poçt: 205mekteb@bakuedu.gov.az. Hesabına daxil olduqdan sonra sağ-alt küncdəki 💬 düyməsi ilə bizə birbaşa yaza bilərsən.
SözLab-a qoşul
Qeydiyyat pulsuzdur. Hesab yarat və ilk oyununu indi oyna.